EN

İkili arasındakı soyuqluğun səbəbi Nadirin xanımıdır?

Müğənni Nadir Qafarzadə Ayanla arasındakı soyuqluğa münasibət bildirib.

KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, ifaçı bu barədə “Öz aramızda” verilişində danışıb.

Müğənni bildirib ki, Ayanın nədən inciməsindən xəbəri yoxdur:

“Çox vaxt yazırlar ki, aramızdakı soyuqluğa səbəb həyat yoldaşımdır, amma belə şey yoxdur. Ayan bizim evimizdə də olub. Birlikdə çörək kəsmişik. Mənim xanımım evlənəndə bilirdi ki, səhnə adamıyam. Ona görə də mənim işimə qarışmır. Ayanla da çoxdandır danışmırıq. Nədənsə inciyibsə, bilmirəm. Kİmsə nəsə deyib bəlkə. Dəvətnaməni göndərəndə də xəbər çıxmadı. Selenanın toyu olanda, dəvət etməsə belə, mən gedəcəm. Təki Allah o ömrü mənə versin”.

Qeyd edək ki, Nadir Qafarzadə efirdə Ayana zəng vursa da, müğənni telefonu açmayıb.

Chosen
60
3
konkret.az

4Sources