EN

Sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırıq - Ermənistan XİN

Bakı, TurkicWorld

Cari ililin ilk 6 ayı ərzində Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 7,706 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 78 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana yatırılan birbaşa xarici investisiyaların ümumi həcmində Qırğızıstan investisiyalarının payı 0,2 faiz təşkil edib.

2024-cü ilin ilk 6 ayı ərzində isə Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 99 min ABŞ dolları təşkil edib

Cari ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 3 milyard 222 milyon ABŞ dollarını ötüb. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 244 milyon 295 min ABŞ dolları və ya 8,2 faiz çoxdur.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların həcmi isə 1 milyard 350 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 351 milyon 561 min ABŞ dolları və ya 35,2 faiz çoxdur.

Chosen
4
turkic.world

1Sources