EN

İsrail Livana hücuma keçdi: Ölənlər var

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail ordusunun Livanın cənubunda pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlarda 2 nəfər ölüb, 11 nəfər yaralanıb.Turkustan.az xəbər verir ki, İsrail 2024-cü ilin noyabrında Livanla əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda davam edir.Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrailə məxsus pilotsuz uçan aparat Nəbatiyə vilayətinin Ənsar rayonunda bir avtomobili hədəfə alıb. Hücum nəticəsində bir nəfər həlak olub.İsrail Nəbatiyyənin Haruf və Duveyr qəsəbələri arasında yerləşən Qalaa məhəlləsinə pilotsuz təyyarə ilə hücum edib. Hədəf və ya itki ilə bağlı məlumat verilməyib.Bu arada İsrail pilotsuz təyyarəsi Bint Cbeil əyalətinin Tibnin şəhərindəki dövlət xəstəxanası yaxınlığındakı avtomobili hədəfə alıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
icma.az

2Sources