EN

Bəzi ərazilərə qar yağdı FAKTİKİ HAVA KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Sentyabrın 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Milli Hidrometeorologiya Xidmətindən  KONKRET.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər, Şahbuzda 6, Qobustanda 5, Zərdab, Ceyrançöl, Sabirabad, Ordubadda 4, İmişli, Kürdəmir, Culfada 3, Ceyrançöl, Beyləqan, Lənkəranda 2, Biləsuvar, Astara, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lerikdə 1 mm-dək olub.

Yüksək dağlıq ərazilərə – Şahdağ (14 sm), Gədəbəy, Daşkəsən (Qoşqardağ), Göygöl (Hacıkənd-Kəpəz Murovdağ), Kəlbəcər, Laçına qar yağıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
35
konkret.az

10Sources