EN

AÇG-dən indiyədək neft və qaz hasilatının həcmi açıqlanıb

Bakı. Trend:

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli"(AÇG) neft-qaz yataqlarından indiyədək 613 milyon ton neft, 239milyard kubmetr qaz hasil olunub.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.

Bildirilib ki, qaz hasilatının 61,3 milyard kubmetri Azərbaycandövlətinə ötürülüb.

Məlumata əsasən, cari ilin ilk 8 ayında AÇG üzrə orta gündəlikneft hasilatı 44 min ton, gündəlik neft ixracı isə 327 min bareltəşkil edib.

AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG(SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" –6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) –2,92%.

Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də AÇG-nin birgəişlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişimzalanıb.

2017-ci il sentyabrın 14-də AÇG üzrə neft hasilatının paybölgüsü haqqında sazişə düzəliş edilib və yenidən tərtib olunaraqimzalanıb. Yeni sazişlə müqavilə müddəti 2050-ci ilədəkuzadılıb.

2019-cu ildə Azəri-Mərkəzi- Şərqi (ACE) layihəsi üzrə yekuninvestisiya qərarı qəbul edilib. 2024-cü ildə ACE-dən ilk nefthasil olunub. ACE üzrə bu günədək 1,4 milyon ton neft, 228 milyonkubmetr qaz hasil edilib.

Chosen
64
6
az.trend.az

5Sources