EN

Səbuhi Abbasov: "20 sentyabr xalqımızın milli qürur günüdür"



"20 sentyabr Azərbaycanın son iki əsrlik tarixinin ən şərəfli səhifəsidir."

Bu sözləri saytımıza açıqlamasında politoloq Səbuhi Abbasov deyib: "Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və dünyadakı yerinin rəsni təsdiqidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik və dövlətçilik əzmini, milli məfkurəsini sarsıda bilməyib. Azərbaycan tarixində mühüm və şərəfli günlərdən biri də 20 sentyabr – Dövlət Suverenliyi Günüdür. Bu gün xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin mühüm mərhələsini ifadə edir. Dövlət suverenliyi hər bir xalq üçün azad yaşamaq, öz taleyini müstəqil şəkildə həll etmək deməkdir. Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, bu yolda böyük sınaqlardan keçmişdir.  20 sentyabr yalnız bir tarixi hadisəni xatırlatmır, həm də bizə böyük məsuliyyət yükünü yada salır. Çünki müstəqillik qazanmaq çətin olduğu qədər, onu qorumaq və möhkəmləndirmək də mühüm vəzifədir. Bu gün hər bir azərbaycanlı öz biliyi, əməli və vətənpərvərliyi ilə dövlətimizin inkişafına töhfə verməli, gələcək nəsillərə güclü və qüdrətli Azərbaycan miras qoymalıdır.
Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü xalqımızın milli qürur günlərindən biridir. Bu gün biz azad, güclü və müstəqil Azərbaycanımızla fəxr edirik!"
 
 
 

Chosen
21
3
7news.az

4Sources