Dünən Lənkəran rayonunda məktəbli bacı qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
“Qafqazinfo” xəbər verir ki, fakta görə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 vəya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb. İbtidai istintaq aparılır.
Qeyd edək ki, hadisə dünən səhər saat 08 radələrində baş verib. Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C230” markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar - 2017-ci il təvəllüdlü Əlizadə Günay Şamid qızı və 2014-cü il təvəllüdlü Əlizadə Ramid Şamid oğlunu vurub. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.

10Sources
-
news24.azLənkəranda məktəblilərin ölümü ilə bağlı cinayət işi açıldı ( 21543313)
-
azadmedia.azBacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi açıldı » AzadMedia.az ( 21547321)
-
afn.azBacı-qardaşın öldüyü hadisə ilə bağlı cinayət işi açıldı ( 21547129)
-
far.azMəktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb ( 21546697)
-
1news.azLənkəranda məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb ( 21546067)
-
nocomment.azMəktəbli bacı-qardaşın ölümü: Cinayət işi açıldı ( 21545410)
-
ucnoqta.azBacı-qardaşın öldüyü qəza ilə bağlı cinayət işi açıldı ( 21545182)
-
hakimiyyet.azLənkəranda məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb ( 21544855)
-
7news.azBacı-qardaşın öldüyü hadisə ilə bağlı cinayət işi açıldı ( 21545863)
-
news365.azBacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı ( 21544810)