EN

Trampın əmri ilə gəmi məhv edildi - Əməliyyat görüntüləri

ABŞ Prezidenti Donald Tramp beynəlxalq sularda narkotik daşımaqda şübhəli bilinən və üç nəfərin olduğu gəminin Amerika qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında məlumat yayıb.

Tramp bildirib ki, onun əmri ilə Pentaqon ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının məsuliyyət zonasında (Mərkəzi və Cənubi Amerika, Karib hövzəsi) terror təşkilatları siyahısına daxil edilmiş qurumla əlaqəli və narkotik qaçaqmalçılığı üçün istifadə edilən gəmiyə zərbə endirib.

"Kəşfiyyat gəmidə qanunsuz narkotiklərin daşındığını təsdiqləyib - o, amerikalıları zəhərləmək üçün məlum narkotrafik marşrutu ilə hərəkət edirdi", - deyə prezident vurğulayıb.

Tramp, həmçinin gəminin məhv edilməsinin videogörüntüsünü paylaşıb və zərbə zamanı heç bir hərbçinin xəsarət almadığını bildirib.

Chosen
29
4
sherg.az

5Sources