EN

Zidanın oğlu hansı ölkənin millisində oynayacaq?

“Qranada”nın (İspaniya) qapıçısı Luka Zidan Əlcəzair milli komandasına dəvət alıb.

“İki sahil” xəbər verir ki, bu haqda “RMC Sport” xəbər yayıb. O, dəvəti qəbul edib.

Əfsanəvi futbolçu Zinəddin Zidanın oğlu olan 27 yaşlı Luka əvvəllər Fransanın gənclərdən ibarət milli komandalarında çıxış edib. Onun beynəlxalq səviyyədə 30 oyunu var və 2015-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub.

Zinəddin Zidanın digər oğlu Elyas, “Betis”də müdafiəçi kimi çıxış edən, 20 yaşadək futbolçular arasında dünya çempionatı üçün Fransa milli komandası tərəfindən dəvət alıb.

Xatırladaq ki, əslən əlcəzairli olan Zinəddin Zidan özü isə Fransa millisində oynayıb.

Chosen
33
4
ikisahil.az

10Sources