EN

Minifutbolçularımız 1/4 finala yüksəlib

Azərbaycanın minifutbol klubları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarına çıxıblar.

Bakı təmsilçisi “Zirə” Monteneqronun “MFK Hram” kollektivi ilə qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.

“Birbaşa Bakı” isə Yunanıstanın “Flaminqos” komandasını 3:1 hesabı ilə məğlub edib. Hər iki komandamız 1/4 finala adlayıb.

Digər təmsilçimiz “Aznur” isə Çexiyanın “Brno” klubuna məğlub olaraq (2:2, penalti seriyasında 2:3) mübarizəni dayandırıb.

Qabil YUSİFOĞLU
XQ

Chosen
22
2
xalqqazeti.az

3Sources