EN

Tramp: ABŞ "TikTok" üzərində nəzarəti əldə edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Çin sosial media platforması TikTok-un satışına başlanılıb və ABŞ nəzarəti özündə saxlayacaq.

Banco.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sentyabrın 19-da Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, TikTok sövdələşməsinin həyata keçirilməsi üzrə işlər artıq aparılır və investorlar hazırlaşır.

ABŞ administrasiyasının saziş bağlansa belə, Çinin sosial şəbəkə üzərində nəzarəti müəyyən formada saxlayacağı ilə bağlı narahatlığının olub-olmaması ilə bağlı suala Tramp bunu təkzib edib:

 "Biz buna çox ciddi nəzarət edəcəyik".

Chosen
20
banco.az

1Sources