EN

Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək

Misli Premyer Liqasında bu gün V turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq "Kəpəz" "Qəbələ"nin qonağı olacaq.

Qarşılaşma saat 17:00-da start götürəcək. Gəncə kollektivinin xalı yoxdur və sonuncu - 12-cidir. 1 xala malik "Qəbələ" isə 11-ci pillədə yer alıb.

Günün ikinci matçında "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Bu görüş saat 19:30-da başlayacaq. 9 xala malik "Turan Tovuz" dördüncü, 4 xalı olan "Sabah" səkkizincidir.
Misli Premyer Liqası
I dövrə, V tur
20 sentyabr
17:00. "Qəbələ" – "Kəpəz"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu
19:30. "Sabah" – "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Bank Respublika Arena"

Chosen
50
5
demokrat.az

9Sources