EN

Gədəbəydə Dövlət Suverenlik Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib -Fotolar



Azərbaycan xalqının milli yaddaşında əlamətdar günlərdən biri olan Dövlət Suverenlik Günü bütün ölkədə olduğu kimi Gədəbəydə də qeyd olunub. 19 sentyabr 2025-ci il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilib. Tədbir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və əməkdaşları, dövlət qurumlarının nümayəndələri, ziyalılar, gənclər, şəhid ailələri və qazilər tədbirdə iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rəsm sərgisinə baxış keçiriblər, gənclərin və məktəblilərin hazırladığı əsərləri izləyiblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxış edərək Dövlət Suverenlik Gününün tarixi əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqillik yolunda inamla irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə nüfuzunu artırır.

Daha sonra gənclər və məktəblilər şeir və digər bədii təqdimatlar vasitəsilə Dövlət Suverenlik Gününü, vətənpərvərlik və milli birlik mövzularını ifadə ediblər.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənib.



Chosen
46
aia.az

1Sources