EN

Makron: Fransa sentyabrın 22-də Fələstin dövlətini tanıyacaq

Fransa sentyabrın 22-də Fələstini rəsmi olaraq dövlət kimi tanıyacaq.

Adalet.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Fələstin prezidenti Mahmud Abbasla telefon danışığı zamanı deyib.

    Qeyd edək ki, Makron daha əvvəl Fələstin dövlətini iyulun 24-də tanıyacaqlarını açıqlamışdı.

    "Mən Fələstin Administrasiyasına tələblərimizi təkrarladım. Bununla əlaqədar prezident Abbas Fələstin Muxtariyyətinin yenilənməsi və gələcək Fələstin Dövlətinin sabitliyini təmin etmək üçün lazımi islahatları həyata keçirmək əzmində olduğunu bir daha bəyan etdi", - Makron deyib.

    Makron regionun təhlükəsizliyi və sabitliyi üçün üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edəcəklərini bəyan edib.

    Chosen
    62
    5
    adalet.az

    6Sources