EN

Azərbaycan 8 ayda 82 milyon dollarlıq tütün və siqaret alıb

Bu ilin ilk 8 ayında Azərbaycana 81,9 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, tütün məmulatlarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon dollar və ya 5,1% artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 78 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal olunmuşdu.

Bu il 8 ayında ümumi idxalın 0,54%-ü tütün məmulatlarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,61% olub.

Chosen
33
fed.az

1Sources