Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş reallaşacaq.
Öncə "Qəbələ" öz meydanında xalı olmayan "Kəpəz"lə qarşılaşacaq. Günün digər qarşılaşması "Sabah"la "Turan Tovuz" arasında baş tutacaq.
Daha öncə keçirilmiş oyunlarda "Karvan-Yevlax" "İmişli"yə uduzub (0:3), "Zirə" isə "Şamaxı"ya 2:1 qalib gəlib. “Araz-Naxçıvan” – "Qarabağ" və "Sumqayıt" – "Neftçi" matçları sabah keçiriləcək.
Premyer Liqa
5-ci tur
20 sentyabr
17:00. "Qəbələ" – "Kəpəz"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev.
Qəbələ şəhər stadionu.
19:30. "Sabah" – "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”.