EN

Əsrin müqaviləsi nin 31 yaşı oldu

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur.

Modern.az xəbər verir ki, hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı günüdür. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib. Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, "Amoco", "McDermott", "Unocal", "LUKoil", "Statoil", "Exxon", TPAO, "Pennzoil", "Itochu", "Ramco", "Delta") arasında müqavilənin imzalanması ilə bağlıdır. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb. 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
3
modern.az

4Sources