"Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci gün başlayır
Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci gün başlayır."
Oxu.Az xəbər verir ki, bu gün Bakıda üç sessiyanın keçirilməsi nəzərdə tutulub.
Əvvəlcə saat 12:00-da "Formula-1" kateqoriyasında sonuncu sərbəst yürüş baş tutacaq. Daha sonra saat 14:15-də "Formula-2" kateqoriyasında sprint (qısa) yarış və sonda, saat 16:00-da "Formula-1" kateqoriyasında sıralanma turu başlayacaq.
Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi dünən başlayıb və sabah, sentyabrın 21-də əsas yarışla başa çatacaq.