EN

"Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci gün başlayır

Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci gün başlayır."

Oxu.Az xəbər verir ki, bu gün Bakıda üç sessiyanın keçirilməsi nəzərdə tutulub.

Əvvəlcə saat 12:00-da "Formula-1" kateqoriyasında sonuncu sərbəst yürüş baş tutacaq. Daha sonra saat 14:15-də "Formula-2" kateqoriyasında sprint (qısa) yarış və sonda, saat 16:00-da "Formula-1" kateqoriyasında sıralanma turu başlayacaq.

Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi dünən başlayıb və sabah, sentyabrın 21-də əsas yarışla başa çatacaq.

Chosen
6
demokrat.az

1Sources