EN

Estoniyanın hava məkanını pozan Rusiya “MiQ”lərini İtaliya “F-35”ləri dəf edib  

Estoniyanın hava məkanına daxil olan Rusiyanın “MiQ-31” tipli üç hərbi təyyarəsinin İtaliya “F-35” qırıcı təyyarələri tərəfindən dəf edildiyi bildirilib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani böyük effektivlik nümayiş etdirən Hərbi Hava Qüvvələrini təbrik edib. Hökumət başçısı vurğulayıb ki, Estoniyanın – Avropa İttifaqının və NATO-nun hava məkanının pozulması qəbuledilməzdir.

“Şərq cinahını gücləndirmək üçün keçirilən əməliyyatda prioritet daha çox quru və hava hücumundan müdafiə komponentlərinə veriləcək. Biz müdafiə sisteminin bir hissəsi olacağıq. İtaliya bu əməliyyata qırıcı təyyarələr və yerüstü hava hücumundan müdafiə komponentinin gücləndirilməsi ilə töhfə verəcək”, - deyə Antonio Tayani vurğulayıb.

Qeyd edək ki, İtaliya NATO-nun şərq cinahını gücləndirmək üçün keçirəcəyi “Şərq Keşikçisi” (Eastern Sentry) əməliyyatında iştirak edəcək.

Chosen
19
2
azerbaijan-news.az

3Sources