EN

Polşa Ukrayna ilə sərhəddə qırıcıları havaya qaldırdı

BAKI, 20 iyul. TELEQRAF

Polşa və onun müttəfiqlərinin növbətçi qırıcıları Rusiyanın Ukraynadakı fəallığı fonunda havaya qaldırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı vasitələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bildirilir ki, bu tədbirlər həssas bölgələrlə həmsərhəd olan ərazilərdə təhlükəsizliyin təmin edilməsi zərurətindən görülüb.

Hərbçilər əlavə ediblər ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı mövcud vəziyyəti, xüsusilə sərhəddəki vəziyyəti izləyir, tabe qüvvələr və vasitələr isə dərhal reaksiya vermək üçün tam hazır vəziyyətdədir.

Chosen
45
teleqraf.com

1Sources