EN

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək

Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək.

Publika.az xəbər verir ki, maraqlı idman mübarizəsi vəd edən Bakı mərhələsində Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışları keçiriləcək.

Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sərbəst yürüş və sıralanma yarışları təşkil olunub. Yarışlarda müvafiq olaraq, Lando Norris (“McLaren”), Luis Hamilton (“Ferrari"), Aleks Dunne (“Rodin”), Cek Krauford (“DAMS”) qalib olublar.

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Azərbaycan Qran-prisində ikinci günün proqramı

20 sentyabr

Chosen
45
6
publika.az

7Sources