EN

Xaçmazda DƏHŞƏT – 37 yaşlı həmkəndlisini qətlə yetirdi – ÖZƏL

Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 32 yaşlı kənd sakini Emin Zakir oğlu Baxışov 37 yaşlı həmkəndlisi Kənan Əlövsət oğlu Cəbiyevi bıçaqlayıb. 

Ağır xəsarət alan Kənan Cəbiyev hadisə yerində ölüb.

Xaçmaz rayon prokurorluğunda faktla bağlı cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
39
2
bizim.media

10Sources