EN

Rusiyada morq işçilərindən dəhşətli əməl

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Primorye vilayətində dəhşətli hadisə baş verib. Vladivostokdan olan patoloqlar cəsədin sinəsinə içərisində müxtəlif əşyalar olan "sehirli bağlama" tikiblər və cəsədi təhqir etdikləri üçün mühakimə olunacaqlar.
Oxu.Az bildirir ki, bu barədə vilayət məhkəmələrinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, "PK Məhkəmə Tibbi Ekspertizası" bürosunun məhkəmə eksperti və onun həmkarı "müştərilərindən" birinin sinəsinə içərisində mum fiqurları, fotoşəkillər və iynələr olan bağlama yerləşdiriblər. Naməlum şəxs onlara üzərinə fotoşəkillər yapışdırılmış üç mum fiqur olan torba gətirib. Fotoşəkillərə iynələr vurulub, fiqurların qolları və ayaqları naqillərlə və üzərində heroqliflər olan üç plastilinlə bağlanmış olub. Torbanın sahibi pataloqoanatomlardan bağlamanı bədənin içərisində gizlətmələrini istəyib və onlar da razılaşıb, ölən şəxsin sinəsini kəsərək, bağlamanı içəri qoyublar.
Bu hal balzamlama proseduru zamanı ortaya çıxıb. Dəfn mərasimini həyata keçirən şəxs döş qəfəsində qəribə bir şiş görüb və daha sonra qalanları aşkar olub.
İndi hər iki patoloqu cəsədin və mərhumun xatirəsinin təhqir edilməsi maddəsi üzrə məhkəmə gözləyir. Morq əməkdaşlarına qarşı Rusiya Cinayət Məcəlləsinin 244-cü maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə (Ölənlərin cəsədlərini və onların dəfn yerlərini təhqir etmə) ilə cinayət işi başlanıb.
Onların əməllərinin səbəbi araşdırılır.
Chosen
57
1
oxu.az

2Sources