EN

Millimizin sabiq baş məşqçisi buradan da yola salındı - Yerinə kim gəldi?

Mirko Vuçiniç Monteneqro millisinin yeni baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, "Yuventus" və "Roma"nın sabiq hücumçusu bu posta vəzifəsindən azad edilmiş Robert Prosineçkinin yerinə təyin edilib.

Müqavilənin müddəti cari ilin sonuna qədərdir.

Vuçiniç 2022-ci ildən millinin məşqçi heyətində çalışırdı. O, futbolçu kimi milli komandada 46 oyun keçirib və 17 qol vurub.

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşçqisi olub

Chosen
65
sportinfo.az

1Sources