Vaşinqton, 20 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ABŞ-da daimi yaşamaq hüququ əldə etmək istəyənlər üçün "Qızıl Kart" proqramının yaradılması haqqında sərəncam imzalayıb.
AZƏRTAC-ın məlumatına əsasən, kart fiziki şəxslər üçün 1 milyon dollara, korporasiyalar üçün 2 milyon dollara təqdim ediləcək. Həmçinin proqramı çərçivəsində “Platinum Kart" da təqdim edilir. Bu kartın qiyməti 5 milyon dollar olacaq və sahiblərinə ABŞ-dan kənarda əldə edilən gəlirlərdən vergi tutulmadan ildə 270 günə qədər ABŞ-da qalmaq imkanı verəcək.
İmzalanma zamanı ticarət katibi Hovard Lutnik yeni proqram çərçivəsində büdcəyə 100 milyard dollardan çox vəsaitin cəlb ediləcəyini bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton