EN

Tramp Rusiya qırıcılarının Estoniyanın hava məkanını pozmasına münasibət bildirdi

BAKI, 20 sentyabr. TELEQRAF

Rusiya qırıcılarının Estoniyanın hava məkanını pozması ilə bağlı təfərrüat tezliklə mənə təqdim olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

“Belə hadisələr xoşuma gəlmir. Bu, böyük bir problemə çevrilə bilər. Mənə bu barədə məlumat veriləcək”, - o deyib.

Tramp həmçinin Çin lideri Si Cinpinlə ticarət, müharibə, Ukrayna və Rusiya arasındakı münasibətlər, həmçinin Qəzzadakı vəziyyəti müzakirə etdiyini təsdiqləyib. O, Pekinin Rusiya-Ukrayna müharibəsinin başa çatmasına kömək etmək üçün ABŞ ilə əməkdaşlıq edəcəyini düşünür.

Chosen
26
teleqraf.com

1Sources