EN

“Stellantis” yanğın riski ilə əlaqədar 757 min avtomobili geri çağırıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Berlin, 20 sentyabr, AZƏRTAC

14 böyük avtomobil markasını birləşdirən “Stellantis” konserni ən böyük təhlükəsizlik kampaniyalarından birinə start verib.

AZƏRTAC Almaniya mediasına istinadla bildirir ki, şirkət yüksək yanğın riski ilə əlaqədar dünya üzrə 756 916 avtomobili təmir üçün təcili servislərə çağırıb. Təhlükəsizlik tədbirləri konsernin tərkibində bütün əsas markaları, o cümlədən “Opel”, “Peugeot”, “Fiat”, “Citroën”, “DS”, “Lancia”, “Alfa Romeo”nu əhatə edir. Buna yüksək təzyiqli yanacaq xətti ilə yanacaq paylayıcı rampa arasındakı zəif bərkidilmiş birləşmələrin yaratdığı problem səbəb olub. Sızan yanacaq mühərrikin qızmış hissələrinə toxunduqda yanğına riski yaradır. Artıq 11 avtomobildə rəsmi qaydada yanma faktı qeydə alınıb.

Geriçağırılma 2022-ci ilin oktyabrından 2025-ci ilin mayınadək istehsal olunmuş avtomobilləri əhatə edir. Prosesin ən çox təsir etdiyi marka 370 468 avtomobillə “Peugeot”dur. Onu 138 445 avtomobillə “Opel” izləyir. Almaniya 85 642 nəqliyyat vasitəsi ilə geriçağırmadan ən çox təsirlənən ölkələrdən biridir.

“Stellantis” konserni iyunda “Citroën C3” və “DS 3” modellərini həyati təhlükəli hava yastığı nasazlığı, iyulda isə 141 700 nəqliyyat vasitəsini mühərrikdəki problemlərə görə geri çağırmışdı.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
azertag.az

2Sources