Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Vaşinqton, 20 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefonda danışığı zamanı “TikTok”un Çin mülkiyyətindən çıxarılması ilə bağlı sazişin təsdiqləndiyini bildirib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Ağ evdə jurnalistlərə deyib. Dövlət başçısının sözlərinə görə, telefon danışığı 2 saat çəkib. Növbəti addım artıq müqavilənin imzalanması olacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.