"Barselona" klubunun La Liqada "Villarreal" ilə oyunu ABŞ-də oynanılması gündəmdədir.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi Deko bununla bağlı verilən sualı cavablandırıb: "İspaniya Superkubokunu Səudiyyə Ərəbistanında oynayırıq. Deməli, bu, yeni bir şey deyil, bəlkə də yeni olan odur ki, bu, La Liqa matçıdır. Aydındır ki, azarkeş matçın İspaniyada keçirilməsinə üstünlük verir, bu, təbiidir. Mən də bir azarkeş kimi, Villarrealda olmasını istərdim.
Ancaq futbol bu maraqları, bu işgüzar münasibətləri yaradıb. La Liqadan gəldiyi üçün bu məsələ ilə bağlı fikrim yoxdur. Klublar da razılığa gəliblər. Ona görə də bizim üçün heç bir problem görmürəm".