EN

Bu ölkədə Orta əsrlərdən qalan heyvan yenidən görüldü

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda nəsli tükəndiyi hesab edilən leopar fototələyə düşüb. Gürcüstan Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi Algeti Milli Parkına quraşdırılan kameraların nadir “Panthera pardus” növünü qeydə aldığını açıqlayıb. Bu hadisə ölkədə son 20 ildə ilk dəfə leoparın görüntülənməsi deməkdir.

News24.az xəbər verir ki,  mütəxəssislərin sözlərinə görə, Orta əsrlərdə Gürcüstanda geniş yayılmış bu heyvan 20-ci əsrin ortalarından etibarən intensiv brakonyerlik səbəbindən yox olmuş sayılırdı.

Qeyd edilən leoparın Türkiyə sərhədindən 1.055 km məsafədəki Trialeti dağlarında uzun müddətdir yaşadığı və insanlardan uzaq durduğu ehtimal olunur. Hadisə bölgədə hələ də kiçik bir leopar populyasiyasının mövcud ola biləcəyi ümidini artırıb.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
1
news24.az

2Sources