EN

Hər gün topuqlu ayaqqabı geyinmək hansı xəstəliklərə səbəb olur? Xəbərdarlıq

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Şıq, uzun boylu və zərif görünmək üçün istifadə etdiyiniz topuqlu ayaqqabılar sağlamlığınızı riskə ata bilər.

Ölkə.Az xəbər verir ki, ekspertlər deyir ki, hər gün hündürdaban ayaqqabı geyinmək sağlamlığınız üçün düşündüyünüzdən qat-qat ciddi fəsadlar törədə bilər.

Hər gün hündürdaban ayaqqabı geyinmək ayaq deformasiyasına və ağrıya səbəb ola bilər. Xüsusilə baş barmaq çıxıntısı (hallux valgus), qabarlar və dırnaq batması kimi problemlər geniş yayılıb. Zamanla, ayağın altındakı təzyiqdə bir balans problemi hətta yerişinizi belə dəyişə bilər.

Ayaqqabınızın topuğunun hündürlüyü artdıqca bədən ağırlığı önə doğru yüklənir. Bu vəziyyət diz oynaqlarında və bel bölgəsində yüklənmə yaradır. Davamlı topuqlu geyinən şəxslərdə bel ağrısı, dizlərdə problem və hətta onurğa əyrilikləri yarana bilər.

Hündürdaban ayaqqabı geyinərkən onurğa öz təbii əyriliyini saxlaya bilmir. Bədən tarazlığı qorumaq üçün qeyri-ixtiyari olaraq irəli əyilir. Bu, uzun müddətdə pis duruş, bel ağrısı və hətta boyun problemlərinə səbəb ola bilər.

Daim hündürdaban ayaqqabılardan istifadə baldır əzələlərinin qısalmasına səbəb olur. Bu, təkcə yerişə mənfi təsir göstərmir, həm də ayaqyalın rahat gəzməyi çətinləşdirir. Axilles tendonuna təzyiq gələcəkdə ciddi xəsarətlərə səbəb ola bilər.

Mütəxəssislər bütün gün deyil, yalnız müəyyən günlərdə dikdaban ayaqqabı geyinməyi tövsiyə edir. Gündəlik geyinmək üçün rahat, ortopedik dəstəkli ayaqqabılar seçin. Hündürdaban ayaqqabı geyinməlisinizsə, gün ərzində onları çıxarmaq, ayaq məşqləri etmək və həddindən artıq hündürdaban ayaqqabı geyinməkdən çəkinmək vacibdir.

BillurÉ™

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
2
olke.az

3Sources