EN

Venesuela BMT Təhlükəsizlik Şurasını ABŞ dan Karib dənizində atəşkəs tələb etməyə çağırıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Venesuela BMT Təhlükəsizlik Şurasını ABŞ-dan Karib dənizindəki fəaliyyətlərini dayandırmasını tələb etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto öz “Telegram” kanalında məlumat verib.

"ABŞ-ın rəsmi məlumatlarına görə, ABŞ Karib hövzəsində məhkəməsiz qətllər törədir və kiçik gəmilərə raket zərbələri endirir. Bu da ölkələrin və şəxslərin bütün mövcud insan hüquqlarını pozur. Buna görə də biz BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bu güc siyasətini pisləməyə və ABŞ hökumətindən bu hərəkətlərə son qoymasını tələb etməyə çağırırıq", - məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
2
apa.az

3Sources