GÖYGÖL, 20 sentyabr. TELEQRAF
Göygöl rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1957-ci il təvəllüdlü Məzahir Zeynalov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.