EN

Hər gün turşu məhsulları yeməkOLAR?

Dietoloq Tim Spektor hər gün bağırsaq və immunitet üçün faydalı turşu məhsullarının qəbul edilməsini tövsiyə edib.

Redaktor.az xəbər verir ki, onun sözlərini Daily Mirror yayıb.

Spektor bildirib ki, kələm turşusu, xiyar turşusu və digər turşu məhsulları çoxlu faydalı maddələrə malikdir və istənilən qida əlavələrinin yerini asanlıqla tuta bilər. Bu məhsullar immun sistemini gücləndirir, infeksiyaların yayılmasının qarşısını almağa kömək edir, qocalmanı ləngidir və hətta psixi sağlamlığı yaxşılaşdırır.

Dietoloq vurğulayıb ki, insan bədəni evolyusiya nəticəsində turşu məhsullarını qəbul etməyə uyğunlaşmışdır, lakin insanlar bunu unudublar və indi yenidən onlara qayıdırlar. Onun sözlərinə görə, ən əlçatan və faydalı turşu məhsulları arasında kimçi, kələm turşusu və sarımsaq turşusu xüsusi yer tutur.

Aytəkin TOFİQQIZI

Chosen
16
1
redaktor.az

2Sources