Metbuat.az xəbər verir ki, təyyarənin yerə çırpılması nəticəsində 3 nəfər həlak olub. Yerli dairələrin məlumatına görə, ölənlər arasında Qremmi mükafatı laureatı, bəstəkar Brett Ceyms də var. Kiçik təyyarə məktəbin yaxınlığındakı əkin sahəsinə düşüb. Qəzanın səbəbi hələlik məlum deyil.