ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında Suriyanın müvəqqəti lideri Əhməd əl-Şaraa ilə görüşməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “CBS News” məlumat yayıb.
Bu, Trampla Şaraanın ikinci üz-üzə görüşü olacaq.
Qeyd edək ki, avqustun sonunda Ağ Evin mətbuat katibi Karolin Levitt Trampın sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcəyini açıqlamışdı.
"Cebheinfo.az"