EN

Putin Permdə Hərbi-Sənaye Komissiyasının iclasını keçirdi

BAKI, 19 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Permə səfəri zamanı Hərbi-Sənaye Komissiyasının iclasını keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

İclas zamanı dövlət başçısı ölkənin müdafiə-sənaye kompleksinin inkişaf proqramının gedişatını müzakirə edib.Bundan əlavə o, silahların, hərbi və xüsusi texnikanın yaradılması üzrə baş konstruktorların və prioritet texnoloji istiqamətlərin rəhbərlərinin təyinatı məsələlərini də müzakirəyə çıxarıb.

“Bizim bir neçə məsələmiz var. Birinci məsələ – silahların, hərbi və xüsusi texnikanın yaradılması üzrə baş konstruktorların və prioritet texnoloji istiqamətlərin rəhbərlərinin təyin edilməsidir”, – deyə Rusiya lideri bildirib.

19 sentyabrda Putin "Silah İstehsalçıları Günü" münasibətilə Permə işgüzar səfər edib və “Motovilixa zavodları” müəssisəsinə baş çəkib. Dövlət başçısı müəssisənin əməkdaşları ilə görüşdə silah ustalarına birlikdə ölkəni daha müstəqil və suveren edəcəklərini bildirib.

Prezident “Motovilixa zavodları”nı unikal bir müəssisə adlandırıb və əlavə edib ki, Rusiya öz müdafiə-sənaye kompleksi ilə haqlı olaraq fəxr edir.

Qeyd edək ki, bundan əvvəl Putin hərbi texnika nümunələrinin sərgisinə baxış keçirib.

Chosen
29
48
teleqraf.com

10Sources