EN

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Bu gün Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında yüksək səviyyəli siyasi dialoq başlayıb.

Bu barədə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosla birgə mətbuat konfransında bildirib.

"Bu, Aİ-nin 2024-cü ilin aprelində təsdiq etdiyi Dayanıqlılıq və İnkişaf Proqramı çərçivəsində çoxşaxəli büdcə dəstəyinin həyata keçirilməsini birlikdə müzakirə edəcəyimiz yeni platformadır", - o bildirib.

M.Qriqoryan, həmçinin qeyd edib ki, Vaşinqton və Brüsseldə yüksək səviyyədə əldə edilmiş razılaşmalar, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və üçtərəfli bəyannamə regionda infrastrukturun açılması, "Tramp marşrutu"nun (Zəngəzur dəhlizinin bir hissəsi) reallaşması üçün yeni imkan yaradır.

"Cebheinfo.az"

Chosen
14
6
cebheinfo.az

7Sources