EN

Paytaxt məktəbində pul yığdığı iddia edilən direktorun səs yazısı ilə bağlı araşdırma başlanılıb

Bakı. Trend:

Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorununsəs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindənaraşdırma aparılıb.

Bu barədə Trend-ə BŞTİ-siməlumat verib.

Bildirilib ki, araşdırma nəticəsində məktəbin direktoru TəranəMəmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əməkmüqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ hallarınbaş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitintəmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyinartırılması əsas prioritetlərdəndir. Məktəbin və müəlliminfəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləriçərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzindəsaxlanılır.

Məqalədə:
Chosen
7
az.trend.az

1Sources