EN

"İmişli" "Karvan-Yevlax"a qalib gəldi

Misli Premyer Liqasında V turun açılış oyununda "İmişli" səfərdə "Karvan-Yevlax"la qarşılaşıb.

Axar.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları Dioqo Almeyda (12), Edvin Banquera (15) və Azər Salahlı (80) vurublar.

"İmişli" qələbə sayəsində xallarını 7-yə çatdırıb. "Karvan-Yevlax"ın isə 4 xalı var.

Qeyd edək ki, günün növbəti matçı saat 18:30-da "Zirə" və "Şamaxı" komandaları arasında keçiriləcək.

Chosen
8
7
axar.az

8Sources