“Azərbaycan Supermarket” MMC-yə məxsus “Bravo№ marketlər şəbəkəsinin İnşaatçılar filialında istifadə müddəti 14 sentyabrda bitmiş "Çudo" məhsulunun sentyabrın 18-də endirimli qiymətə satışa çıxarılması ilə bağlı görüntülər yayılıb.
Pravda.az xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb və “Bravo” tənqid edilib.
“Bravo”dan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən filialda satılan və istifadə müddəti bitən məhsul satışdan çıxarılıb.
Tarix: 19 Sentyabr 2025, 19:28