Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.
“VAZ 2107” markalı avtomobil Sabirabad rayonunun Yaxa Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Zeynəb Elçin qızı Qarayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.