EN

Çox sevdiyi adadakı aeroport onun adını daşıyacaq

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliyanın Panteleeriya adasında yerləşən aeroport məşhur dizayner Corco Armani-nin adını daşıyacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" yazıb.

Armani tez-tez yay tətilini Aralıq dənizində, Siciliya ilə Tunis arasında yerləşən bu adada keçirib. Dizaynerin burada ailəsi və dostları ilə istirahət etdiyi malikanəsi olub. O, yeddi ədəd "dammusi" adlanan, ağ vulkanik daşdan günbəz formalı damla tikilmiş ənənəvi kənd evlərindən ibarət mülkə sahib olub. Malikanə 150-dən çox palma ağacı ilə əhatələnir.

İtaliyanın mülki aviasiya qrupu ENAC yerli hakimiyyətin təklifini dəstəkləyib, həmçinin təşəbbüsə nəqliyyat naziri Matteo Salvini də razılıq verib. ENAC prezidenti Pyerluici Di Palma bildirib ki, ad dəyişikliyi hava limanının təkmilləşdirilməsi və turizmin inkişafı planlarına uyğundur. Adaya Roma və Siciliya hava limanlarından, o cümlədən Palermo vasitəsilə uçmaq mümkündür.

Qeyd edək ki, Armani bu ayın əvvəlində, 92 yaşında vəfat edib. O, qısa müddətli xəstəlikdən sonra öz evində dünyasını dəyişib. Dizayner son günlərinə qədər işləməyə davam edib, moda nümayişlərini uzaqdan idarə edib və detallara qarşı tələbkarlığını qoruyub.

Armaninin vəsiyyətinə əsasən, biznesin 40 faizi onun uzunmüddətli həmkarı və kişi geyimləri şöbəsinin rəhbəri Leo Del’Orkoya qalacaq. Qohumları Silvana Armani və Andrea Kamerana isə müvafiq olaraq 15 faizdən miras alacaqlar. 2016-cı ildə yaradılmış "Armani Fondu" isə qalan 30 faizi idarə edəcək.

Armaninin ölümündən bir həftə sonra məlum olub ki, moda evi satışa hazırlanır. Vəsiyyətə əsasən, irsi 15 faiz pay 18 ay ərzində satılmalı, daha sonra isə 3-5 il ərzində əlavə 30-54,9 faiz pay alıcıya ötürülməlidir. Alternativ variant kimi isə ilkin səhmlərin birjada yerləşdirilməsi (IPO) nəzərdə tutulub.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
qaynarinfo.az

1Sources