Oktyabrın 29-da ölkəmizdə ikinci dəfə keçiriləcək “Təchizat Zənciri Liderləri Zirvəsi” Azərbaycanın strateji təchizat sektorunda mühüm dönüş nöqtəsi olacaq.
Operativ Media xəbər verir ki, Gülüstan sarayında baş tutacaq tədbir dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və qabaqcıl şirkətləri bir araya gətirəcək.
Zirvə dayanıqlı, çevik və rəqəmsallaşdırılmış təchizat zəncirinin qurulması üçün mühüm platforma rolunu oynayacaq.
“Dayanıqlı gələcəyə doğru birlikdə” konsepti ilə keçiriləcək tədbir Azərbaycanın qlobal bazarda rəqabət qabiliyyətini artırmağa xidmət edən yeni təşəbbüslərin müzakirəsi üçün unikal imkan yaradacaq.
Zirvənin əsas məqsədi dayanıqlılıq prinsiplərinə əsaslanaraq ekoloji, iqtisadi və sosial baxımdan davamlı təchizat zəncirinin formalaşdırılmasıdır. Bundan əlavə, dövlət satınalmalarında şəffaflıq, hesabatlılıq və rəqəmsal transformasiya kimi mövzular da diqqət mərkəzində olacaq. Peşəkar moderator və spikerlərin iştirakı ilə keçiriləcək tədbir bir bütöv günü əhatə etməklə 3 panel müzakirəsi formatında planlaşdırılır. “Dövlət Satınalmalarında peşəkarlıq” panelində dövlət satınalmalarının son illərdə keçirdiyi dəyişikliklər və modernləşmə prosesi müzakirə olunacaq. Satınalma sisteminin optimallaşdırılması, şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsi ilə əldə olunan nailiyyətlər təhlil ediləcək.
“Təchizat Zəncirinin Rəqəmsal Transformasiyası” panelində rəqəmsal həllərin tətbiqinin əməliyyatların sürətlənməsinə, xərclərin azaldılmasına və dəqiq qərar qəbuletmə prosesinə necə töhfə verdiyini nümayiş etdirəcək.
“Təchizat Zəncirində Risklərin idarə edilməsi” panelində isə paneldə qlobal qeyri-müəyyənliklər və sürətlə dəyişən bazar şərtləri fonunda təchizat zəncirində risklərin idarə olunması üsulları müzakirə ediləcək. Tədarükdə dayanıqlılığı təmin etmək üçün tətbiq olunan qabaqcıl metodlar, ehtiyat strategiyaları və çevik yanaşmalar barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, ölkəmizdə ikinci dəfə təşkil olunan Zirvə, Azərbaycanın təchizat zəncirində mövcud problemlərin həllinə dair praktiki yanaşmalar təqdim etməklə davamlı inkişaf üçün mühüm zəmin yaradır, eyni zamanda dövlət qurumları ilə özəl sektor arasında körpü rolunu oynayaraq əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə töhfə verir.
“Təchizat Zənciri Liderləri Zirvəsi”nə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına (www.sclforum.az) keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.
Facebook: https://www.facebook.com/profile.php?id=61556576487637
İnstaqram: https://www.instagram.com/sclforum/
Linkedln: https://www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true