EN

“Bəzi legionerlərimiz potensialından aşağı çıxış edir” - Azər Həşimov

style='margin-bottom:10px;'>

“Karvan-Yevlax”ın baş məşqçi Azər Həşimov Misli Premyer Liqasının 5-ci turunda “İmişli”yə məğlubiyyət (0:3)  haqda danışıb.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında  bəzi legionerlərin potensialından aşağı çıxış etdiyini bildirib:“Standartdan qol buraxdıq. Daha sonra hücuma atılıb qol vurmaq istəsək də, rəqib bizi əks-hücumda tutub ikinci qolu vurdu. Əvəzetmələr etdik, geridönüş etmək istəsək də, alınmadı. Nəticədə, məğlub olduq.

Beş tur geridə qalıb. Bəzi legionerlər potensialından aşağı çıxış edir. Hardasa 3-4 futbolçu var ki, gözlədiklərimizi ala bilmirik. Amma görünür ki, potensialları var. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəklər.

Beş oyunda eyni “11-lik”lə meydançaya çıxa bilmirik. Zədəlilərimiz olur. Buna görə də, sabit oyun nümayiş etdirə bilmirik. 

Biz də istəyirik ki, öz meydanımızda oynayaq. AFFA-dan da gəlib baxış keçirdilər. Bu məsələ bizim işimiz deyil. Bununla bağlı rəhbərliyə sual ünvanlasaz, daha yaxşı olar”.

“Karvan-Yevlax” növbəti turda “Neftçi”nin qonağı olacaq (komanda.az).

Chosen
8
2
teleqraf.com

3Sources