EN

Trampın helikopteri Londonda təcili eniş etdi - ÖZƏL

Ağ Ev bildirib ki, prezident Donald Tramp və birinci xanım Melaniya Trampın olduğu helikopter 18 sentyabr, cümə axşamı günü "kiçik problem" səbəbindən London hava limanına təcili eniş edib.

Ağ Evin mətbuat katibi Karolin Livittin sözlərinə görə, "hidravlik sistemdə cüzi problem" səbəbindən ABŞ prezidentini daşıyan helikopter Luton hava limanına enib.

Olaylar xəbər verir ki, bu barədə "Independent" yazır.

Qeyd olunur ki, ehtiyat tədbiri olaraq helikopterin dəyişdirilməsi barədə qərar qəbul edilib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
olaylar.az

1Sources