1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın üç MiQ-31 döyüş təyyarəsi Vayndloo adası yaxınlığında Estoniya hava məkanına daxil olub və təxminən 12 dəqiqə icazəsiz hava məkanında qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, pozuntu zamanı qırıcıların Estoniyanın hava hərəkətinə nəzarət xidməti ilə ikitərəfli radio əlaqəsi olmayıb.
Estoniya Xarici İşlər Nazirliyi cümə günü Rusiyanın ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq, ona etiraz notası təqdim edib.
Bildirilib ki, bu, artıq cari il ərzində dördüncü dəfə Rusiya təyyarələrinin Estoniya hava məkanını pozmasıdır.