EN

Jorj Kaşkilyanın hakimlərə sözü var: Bir penaltimiz olmali idi, verilmədi

ain.az bildirir, sport24.az portalına istinadən.

"İmişli" Misli Premyer Liqasının 5-ci turunda "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Jorj Kaşkilya jurnalistlərin suallarını cavablayıb.

-    Oyun üstünlüyümüzlə keçdi. Rəqib təzyiq etsə də, qol vura bilmədi. Öz oyunumuzu diqtə edə bildik. Hesab 2:0 olanda rahat futbol oynamağa başladıq. Bilirdik ki, rəqib qol vursa, mübarizə başqa cür oldu. Lakin buna imkan vermədik. Üçüncü qolu da vurduq. Daha artığını edə bilərdik. Hakimlərə sözüm var: Bir penaltimiz olmali idi, verilmədi. Elvin Yunuszadə Almeydaya qarşı kobud oynadı. Vieqasın epizodu bundan daha təhlükəli deyildi. Onlardan daha diqqətli olmaqlarını xahiş edirəm.

-    Ardıcıl üçüncü oyundu ki, meydandan qalib ayrılırsız. Hədəfiniz dəyişməz?

-    Xeyr, hədəfimiz sabitdi. Üç qalibiyyət 1-ci liqadan gələn komanda üçün böyük nailiyyətdi. Hədəfimiz budu. Şükürlər olsun ki, bacarırıq. Maliyyə baxımdan daha güclü komandalar var. Hər oyun məğlub olmamağa, qalib olmağa çıxırıq.

-    Komandanı psixoloji olaraq hazırlamaq çətin olmadı ki?

-    Xeyr. Çətin deyildi. Problem bizə aid deyildi. Bir gecə bunu düşündük, bitdi. Daha sonra bu oyuna hazırlaşdıq.

-    "Qarabağ"ın "Benfika"nı məğlub etməsi sizi təəccübləndirdi?

-    "Qarabağ"ı təbrik edirəm. Hamımız üçün tarixi qalibiyyətdi. "Benfika"a azarkeşlik edirdim. Top yumrudu. Hər şey ola bilər. "Qarabağ" daha üstün oyun oynadı.

-    Portuqaliya camiyəsində Azərbaycan çempionatına maraq çoxala bilər?

-    Əlbəttə, təsiri olacaq. Hamı "Benfika"nın qalibiyyətini gözləyirdi. Bu qələbə Azərbaycan çempionatının səviyyəsi göstərir. "A Bola" qəzetində "İmişli" haqda da danışılıb. Portuqaliya mediasının marağı artacaq. Portuqal məşqçilər dünyanın hər yerində işləyir.

-    "Qarabağ"ın "Benfika" üzərində qələbəsinə daha çox inanardız, yoxsa "İmişli"nin ardıcıl üç qələbəsinə?

-    Siz hansına inanardız? (gülür)

-    Heç birinə (gülür)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
2
sport24.az

3Sources