EN

Jorj Kaşkilya: “İmişli” hər oyuna qalib gəlmək üçün çıxır”

style='margin-bottom:10px;'>

“İmişli” bu gün Misli Premyer Liqasının 5-ci turunun səfər matçında “Karvan-Yevlax”a qalib gəlib (3:0).

QOL.az komanda.az saytına istinadən xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məçqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib. 

Portuqaliyalı mütəxəssis əvvəlcə “Qarabağ”ın Çempionlar Liqasında “Benfika”ya qalib gəlməsinə münasibət bildirib:

“Öncə “Qarabağ”ı təbrik etmək istəyirəm. Bu bizim üçün, “Qarabağ” üçün tarixi nailiyyətdir. Təbii ki, bir portuqaliyalı olaraq “Benfika”nın qələbə qazanmasını istəyirdim. Amma “Qarabağ” Lissabonda 90 dəqiqə yaxşı oyun nümayiş etdirdi. Qələbəni haqq etdilər”.

“Karvan-Yevlax”la oyuna gəlincə, o, bildirib: “Oyun bizim üstünlüyümüzlə keçdi. İstədiyimiz kimi oyun qura bildik. Rəqib də çalışırdı, təzyiq göstərirdi ki, qol vursun, amma biz bunun qarşısını aldıq. Daha çox öz oyunumuzu rəqibə diqtə edə bildik. Artıq 2:0-dan sonra daha rahat oynamağa başladıq. Öz oyunumuzu nümayiş etdirə bildik. Bilirdik ki, rəqib qol vursa, oyunun axarı fərqli tərzdə gedəcəkdi. Ona görə də, biz buna mane olmağa çalışdıq və öhdəsindən də gələ bildik. Çoxlu qol şanslarımız oldu, üçüncü qolu axtarırdıq və nəhayət, ona da nail olduq.

Məqsədlərimiz nə idisə, elə də davam edir. Hər oyuna qələbə üçün çıxırıq. Aşağı liqadan gəlib ardıcıl qələbələr qazanmaq asan deyil. Amma bizim elə məqsədimiz bu idi. Dediyim kimi, hər oyuna qalib gəlmək üçün çıxırıq və bundan sonra da belə olacaq. Növbəti oyunlara hazırlaşacağıq”.

“İmişli” növbəti turda “Zirə” ilə üz-üzə gələcək.

Chosen
13
1
teleqraf.com

2Sources